"İdmançımız dünya çempionatının yeni rekordunu müəyyənləşdirib" - ŞƏRH EDİLDİ

"İdmançımız dünya çempionatının yeni rekordunu müəyyənləşdirib" - ŞƏRH EDİLDİ

“Azərbaycanlı atlet Lamiyə Vəliyeva Fransada keçirilən dünya çempionatında 100 metrə məsafəni qısa müddətdə qaçaraq rekord qırıb. Beləliklə Azərbaycan idmançısı dünya çempionatının yeni rekordunu müəyyənləşdirib. Lamiyə Vəliyeva 2020-ci ildə Tokioda keçirilən paralimpiya oyunlarında 1 qızıl və 1 gümüş medal qazanıb. Növbəti dəfə dünya çempionatında rekord qıraraq, növbəti illərdə keçiriləcək paralimpiya oyunlarına vəsiqə qazanmışdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Azərbaycan böyük bir idman ölkəsidir: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox böyük idman ifrastrukturu qurulub. Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə yaxşı iştirak etməsi üçün ölkədə kütləvi idman tədbirləri keçirilir. Eyni zamanda idmançıların təlim məşqlərinin keçirilməsi üçün bütün münbit şərait yaradılıb. Azərbaycan həm də böyük idman tədbirlərinə ev sahibliyi edir. Ümumilikdə idmançılarımızın ölkəmizi ən yüksək səviyyədə təmsil etmələri üçün bütün şərait yaradılmışdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə