PFL rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

PFL rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Moldovada “Zimbru” və San-Marinonun “La Fiorita” komandaları arasında keçiriləcək Konfrans Liqasının I təsnifat mərhələsinin cavab görüşündə UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 20-də gerçəkləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə