17-18 iyun tarixlərində Gürcüstanın Batumi şəhərində karate üzrə "Açıq Beynəlxlaq Turnir" keçirilib.
10 ölkənin iştirak etdiyi Beynəlxalq turnirdə milli komandamızın idmançıları da iştirak edib.
İkinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançımız -84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi 2 döyüşün döyüşün hər birini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ülvi Məmmədov qələbəsini Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edib.
Qeyd edək ki, dünya çempionu Ülvi Məmmədov 2021-ci ilin oktyabrında Polşanın Katovis şəhərində 30-dan çox ölkənin iştirakı ilə keçirilən fudokan üzrə 25-ci Avropa çempionatında komanda döyüşlərində bürünc, 2021-ci ilin noyabrında Türkiyədə WSF üzrə dünya çempionatında gümüş, 2022-ci ildə Qırğızıstanda keçirilən Açıq Asiya çempionatında gümüş medal qazanıb. Ötən il Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə 12-ci dünya çempionatında isə Ü.Məmmədov dünya çempionu tituluna, 2023-cü ilin aprelin 28-dən 30-dək Bolqarıstanın Kranevo şəhərində Avropa çempionu tituluna yiyələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB