PSJ Mbappe üçün 150 milyon avro tələb edir

PSJ Mbappe üçün 150 milyon avro tələb edir

PSJ Kilian Mbappe üçün 150 milyon avro istəyir.

SİA-nın əldə etdiyi məlumata görə, ESPN Paris təmsilçisinin maliyyə tələbləri barədə məlumat yayıb.

Fransa çempionu forvardın 2024-cü ildə azad agent kimi gedəcəyindən ehtiyat edərək, bu yay təklifləri dinləməyə hazırdır.

Qeyd olunur ki, 2021-ci ildə “Real” Mbappe üçün təxminən 200 milyon avro təklif etmişdi.

2022/23 mövsümündə Liqa 1-də 34 matçda 29 qol vuran Kilian çempionatın bombardiri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə