"Əziz Şuşa" beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başa çatıb - YENİLƏNİB - FOTOLAR
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi yekunlaşıb.
SİA xəbər verir ki, yarışa Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısından start verilib. Dördüncü mərhələdə idmançılar Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vuraraq Göygöl Milli Parkına qədər 102,9 kilometr məsafə qət ediblər.
Yol boyu idmançılar azərkeşlər tərəfindən alqışlanaraq dəstəklənib. Şəhər əhalisi yarışçıların həyəcanına şərik olub.
Yarışda birinci yerin qalibi İtaliyanın "Team Technipes İnemiliaromagna" komandasının velosipedçisi Alessandro Monaco olub. İkinci yer İtaliya komandasının üzvü Emanuele Ansaloni, üçüncü yerin sahibi isə Qazaxıstan komandasının üzvü Rudolf Remkhi olub.
"Əziz Şuşa" beynəlxalq velosiped yarışında üç mərhələnin lideri sarı və iki yaşıl köynəyin sahibi italiyalı Emanuele Ansaloni olub. Ən yaxşı dağ velosipedçisi Azərbaycan komandasının üzvü Samir Cəbrayılov, ən yaxşı gənc idmançı isə Qazaxıstan komandasının üzvü Rudolf Remkhi seçilib.
Yarış bitdikdən sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib.
Qeyd edək ki, idmançılar 11 iyun tarixində Beyləqan-Şuşa marşrutu üzrə 134,9 kilometr məsafəni qət edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB