41 yaşlı isveçli hücumçu futbol karyerasını başa vurub

“Milan” futbol komandasının 41 yaşlı isveçli hücumçusu Zlatan İbrahimoviç futbol karyerasını başa vurub. SİA xəbər verir ki, o, bunu İtaliya çempionatının “Milan” – “Verona” oyunundan sonra azarkeşlərlə vida mərasimində deyib.

“Futbolla vidalaşmağın vaxtıdır. Amma mən sizinlə sağollaşmıram, əziz azarkeşlər”-deyə, o bildirib.

İbrahimoviç İsveçin ən məşhur futbolçusudur. İtaliya A Seriyasının cari mövsümündə İbrahimoviç dörd matçda iştirak edib və bir qol vurub. İsveçli həm də “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında oynaması ilə də tanınır.

Bütün xəbərlər Facebook səhifəmizdə