Türkiyə Super Liqası: Bu gün çempion müəyyənləşə bilər

Bu gün Türkiyə Super Liqasında 2022/23 mövsümünün qalibi müəyyənləşə bilər. SİA xəbər verir ki, “Qalatasaray” 36-cı tur matçında səfərdə “Ankaragücü”yə qalib gəlməyi bacarsa, çempionluğunu elan edəcək.

Hazırda ən yaxın izləyicisi “Fənərbağça”nı 5 xal üstələyən “sarı-qırmızılar” qələbə qazanacağı təqdirdə, ən azı bu fərqi qoruyacaq. Qalan bir matçda - komandaların öz aralarındakı görüşdə isə “Fənərbağça” hətta qalib gəlsə belə, rəqibinə çata bilməyəcək.

“Ankaragücü” - “Qalatasaray” oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Eyni vaxtda “Fənərbağça” “Antalyaspor”u qonaq edəcək.

Türkiyə Super Liqası

36-cı tur

30 may

21:00. “Ankaragücü” - “Qalatasaray”

21:00. “Antalyaspor” - “Fənərbağça”

Bütün xəbərlər Facebook səhifəmizdə