Neymarı satmaq üçün komanda gəzirlər

Neymarı satmaq üçün komanda gəzirlər

PSJ-nin futbolçusu Neymar klubdan ayrılması ehtimalı gündən-günə artır.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. Neymarın agentləri onun üçün yeni klub axtarmağa başlayıblar.

Əsas məsələ braziliyalının maliyyə tələbləri və transferin məbləğidir. Daha əvvəl hücumçuya "Çelsi" və "Nyukasl"dan maraq göstərildiyi bildirilirdi. Lakin Neymar onlardan konkret təklif almayıb.

Neymarın qərarını mövsümün sonunda Lionel Messinin PSJ-dən gedəcəyi ehtimalı, həmçinin klub rəhbərliyi ilə fikir ayrılıqları ilə izah edirlər. Bundan əlavə, braziliyalı forvard klubun ultralarının evinin yaxınlığında təşkil etdiyi etirazdan şoka düşüb.

Xatırladaq ki, Neymar topuq bağlarında əməliyyat olunduqdan sonra fevral ayından meydana çıxmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə