Azərbaycanlı futbolçular üçün 3 qol, 1 xal

Azərbaycanlı futbolçular üçün 3 qol, 1 xal

Latviya çempionatında 10-cu turun oyunları keçirilib.

SİA Matc.az-a istisnadən xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Tukums 2000” ilə qarşılaşıb. Futbolçularımızın komandası meydanı heç-heçə ilə tərk edib - 3:3.

Start heyətdə meydana çıxan Ramin 59-cu dəqiqədə əvəzlənib. Nazim isə sonadək ehtiyatda qalıb.

Müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.

Futbolçularımızın komandası hazırda 6 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə