Lionel Messi yenidən “Barselona”nın futbolçusu ola bilər. Mətbuatda məlumat yayılıb ki, gələn həftə Kataloniya klubu argentinalı hücumçunun geri qaytarılması planını La Liqaya təqdim edəcək. Əgər “Barselona” La Liqanın təsdiqini alarsa, o zaman Messi ilə danışıqlar başlayacaq.
İspaniyanın “Sport” nəşri yazır ki, “mavi qranat” təklifi rəqəmlər baxımından astronomik olmayacaq. Eyni zamanda, "Kamp Nou"da bu təklifin 35 yaşlı hücumçu üçün maraqlı ola biləcəyi qənaətindədirlər.
SİA-nın əldə etdiyi məlumata görə, “Barselona” Messiyə bir mövsümlük müqavilə təklif edəcək.
Xatırladaq ki, Xavi argentinalını öz komandasında görmək istəyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB