Belçikadan üç medalla

Lommel şəhərində keçirilən taekvondo üzrə açıq Belçika çempionatı başa çatıb. SİA-nın məlumatına görə, G2 kateqoriyalı yarışı millimiz 1 gümüş və 2 bürünc medalla başa vurub.

Yığmanın heyətində Səyyad Dadaşov (54 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Digər taekvondoçularımızdan Qaşım Maqomedov (58 kq) və Patimat Abakarova (53 kq) isə bürünc medala sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə