FIFA yeni formatı təsdiqlədi

FIFA 2026-cı ildə Meksika, Kanada və ABŞ-nin ev sahibliyi edəcəyi dünya çempionatının yeni formatını təsdiqləyib. SİA xəbər verir ki, mundialda 48 milli komanda yarışacaq. Bununla bağlıq qərar ali futbol qurumunun Ruandanın paytaxtı Kiqalidə keçirilən iclasında qəbul edilib.

Mundialda hərəsində 4 komanda olmaqla 12 qrup olacaq. Qrupu ilk iki sırada bitirənlər və 8 ən yaxşı üçüncü yerin sahibi 1/16 finala yüksələcək. Beləliklə, oyun sayı 104-ə çatacaq.

Buna qədər yarışda 32 komanda mübarizə aparırdı və oyun sayı 64 idi.

Bütün xəbərlər Facebook səhifəmizdə