AFFA-nın Hesabat Konfransının vaxtı müəyyənləşib

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı dəqiqləşib. SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı martın 7-də olacaq.

Konfransdan dərhal sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək.

“Fairmont” hoteldəki tədbir saat 10:00-da start götürəcək.

Prezident tərəfindən iclasın açılışı, Konfransın tərkibinin yoxlanılması, İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq edilməsi, maliyyə hesabatlarının təsdiqi, müstəqil auditorun hesabatını nəzərə almaq, hər hansı vakant vəzifəyə seçkilər, AFFA üzvlərinin təkliflərinin qəbul olunması və digər məsələlər gündəyilə daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə