“Səbail”in sabiq futbolçusu məşqçilik üzrə A lisenziyası alıb

“Səbail”in sabiq futbolçusu məşqçilik üzrə A lisenziyası alıb

Bakının “Səbail” klubunun sabiq futbolçusu Maykl Essyen məşqçilik üzrə A lisenziyası alıb. SİA xəbər verir ki, bu barədə qanalı keçmiş futbolçu tviter səhifəsində paylaşım edib.

Qeyd edək ki, M.Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək müqavilə üzrə “Səbail”ə məxsus olub. O, paytaxt təmsilçisini tərk etdikdən sonra karyerasını bitirib. M.Essyen Fransanın “Lion”, İngiltərənin “Çelsi”, İspaniyanın “Real Madrid”, İtaliyanın “Milan” və Yunanıstanın “Panatinaikos” komandalarında da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə