Antalyada təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti oyununu keçirib.
SİA-nın əldə etdiyi məlumata görə, Səudiyyə Ərəbistanının U-18 komandası ilə qarşılaşma 2:2 hesabı ilə nəticələnib.
Millimizin qollarını 5-ci dəqiqədə Murad Məmmədov və 90-cı dəqiqədə penaltidən Sadiq Şəfiyev vurublar. U-19 eyni rəqiblə fevralın 11-də növbəti dəfə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB