Sumqayıtlı idmançıların ölkə birinciliyində uğurları

Sumqayıtlı idmançıların ölkə birinciliyində uğurları

Sumqayıtlı cüdoçular Bakı şəhərində 16-17 yaşlı yeniyetmələr arasında keçirilən yarışlarda inamlı qələbə qazanıblar. Bu barədə SİA-ya Sumqayıt İdman və Gənclər İdarəsindən bildirilib.

Şəhər idmançılarından Məryəm Bayramzadə (44 kq) və Murad Allahverdiyev (66 kq) birinci, Aytən Verdiyeva (52 kq) ikinci, Həsən Həsənli (55 kq) üçüncü yerləri tutublar.

Xatırladaq ki, şəhər təmsilçiləri şəxsi birincilikdə komanda hesabına görə ikinci, komandalararası yarışda isə üçüncü yeri tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə