"Favorit komandalar hər dəqiqə dəyişə bilər" - FUTBOL EKSPERTİ ŞƏRH ETDİ
“Dünənki oyunla yenidən Azərbaycan Premyer Liqasına start verildi. “Kəpəz”-“Qəbələ” oyunu da çox maraqlı oldu. Hesab isə heç-heçə ilə bitdi”. Bu sözləri SİA-ya açıqlamasında futbol üzrə ekspert Şahin Diniyev bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turunda keçirilən 2 oyun barədə öz fikirlərini bildirərkən deyib.
Futbol eksperti bildirib ki, bu gün “Qarabağ”-“Turan Tovuz”, “Zirə”-“Sumqayıt” komandaları qarşılaşacaqlar: “Ümumilikdə Qarabağ favorit komanda kimi görünür. Lakin arada verilən fasilənin çox verildiyi və ilk oyun olduğu üçün hər iki komanda bu gün çətinlik çəkə bilər. Futbolçular da bununla əlaqədar olaraq çətinlik çəkə bilərlər. Bu səbəbdən hansı komandanın qalib olacağını demək çox çətindir. “Turan Tovuz” komandasının heyətində dəyişikliklər çox olub və bugünkü oyuna ev sahibliyi edir. Fikrimcə¸”Turan Tovuz” komandası bugünkü oyunda qalib gəlmək üçün hər şey edəcək. İlk qol həlledici mahiyyət daşıyır”.
Futbol eksperti həmçinin “Zirə” –“Sumqayıt” oyunu barədə də öz fikirlərini bildirib: “Bu matçın da maraqlı olacağı gözlənilir. “Sumqayıt” komandası da heyətində dəyişiklik edib. Legioner baxımından yeni futbolçuları var. Son yerlərdən çıxmaq üçün bu gün “Sumqayıt”, “Zirə”-yə qarşı yaxşı oyun sərgiləyərək xal toplamaq istəyəcək. “Zirə” komandasının itkiləri var lakin fasilədən sonra ilk oyun olduğu üçün bu qarşılaşma barədə də hesabı demək çətindir. Ümumilikdə isə hər iki oyunun yaxşı keçəcəyini gözləyirəm. Hazırda favorit komandalar “Qarabağ” və “Zirə”-dir. Lakin bu favorit komandalar hər dəqiqə dəyişə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB