Azərbaycan çempionatında təxirə salınan oyunların vaxtı dəqiqləşib

Azərbaycan çempionatında təxirə salınan oyunların vaxtı dəqiqləşib

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında təxirə salınan II turun oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Bu qarşılaşmalar yanvarın 22-nə təyin olunub. Azərbaycan Voleybol Federasiyasından SİA-ya verilən məlumata görə, bu qarşılaşmalar yanvarın 22-nə təyin olunub

Həmin gün ilk olaraq qadın voleybolçuların Yüksək Liqasında təxirə salınan “Murov” - UNEC matçı baş tutacaq. Görüş saat 16:00-da start götürəcək. Eyni gündə kişi voleybolçuların Yüksək Liqasında II turun təxirə salınan “Neftçi” - “Xarı bülbül” oyunu da keçiriləcək. Bu qarşılaşma isə saat 18:00-da başlanacaq.

Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, bu oyunların yanvarın 12 və 13-də keçirilməsi nəzərdə tutulsa da UNEC və "Neftçi" klublarının bir çox voleybolçusunun qrip və yüksək hərarətdən əziyyət çəkməsi səbəbindən təxirə salınmışdır.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə