"Qarabağ” qapıçısı yeni müqavilənin detallarını AÇIQLAYIB - FOTO

"Qarabağ” qapıçısı yeni müqavilənin detallarını AÇIQLAYIB - FOTO

"Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevlə imzalanmış yeni müqavilənin detallarını açıqlayıb. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qolkiperin sözləşməsinin müddəti 2026-cı il iyunun 30-dək nəzərdə tutulub.

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən "Qarabağ”da çıxış edir. O, Azərbaycan millisinin də əsas qapıçısıdır. Qeyd edək ki, daha əvvəl klub qapıçı ilə anlaşmanın müddətini uzatdığını elan etsə də, detalları açıqlamamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə