Rio-de-Janeyrodakı “Marakana” stadionuna gedən əsas yollardan biri üçqat dünya çempionu, braziliyalı hücumçu Pelenin şərəfinə adlandırılacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şəhərin meri Eduardo Paes tviter səhifəsində məlumat verib.
“Marakananı əhatə edən qərb radial prospekti Pele prospekti adlandırılacaq, fərman sabah dərc olunacaq", - mer yazıb.
Qeyd edək ki, Pele dekabrın 29-da 82 yaşında dünyasını dəyişib. Braziliyalı dünya çempionatında üç dəfə qalib gələn yeganə oyunçudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB