"Roma"nın direktoru Tiaqo Pinto klubun baş məşqçisi Joze Mourinyonun Portuqaliya millisinə təyinat alacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
SİA Qol.az-a istinadən xəbər verir ki, o deyib: "Belə söz-söhbətlər ilk dəfədir deyil. Ona görə də buna əhəmiyyət verməmək lazımdır. Biz Jozenin "Roma"da qalacağını gözləyirik".
Qeyd edək ki, Fernandu Santuş dekabrda Portuqaliya millisini baş məşqçisi vəzifəsindən istefaya göndərilib. Bu vəzifəyə Mourinyonun gətiriləcəyi iddia olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB