Ronaldu Səudiyyə Ərəbistanı yolunda

"Mançester Yunayted”dən ayrılan Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr” klubuna keçməyə yaxındır. SİA-nın verdiyi məlumata görə, mənbə yazır ki, artıq ulduz futbolçu ilə klub rəhbərliyi sövdələşməni imzalamağa yaxındır. Portuqaliyalı hücumçu ilə iki il yarımlıq müqavilə imzalanacağı gözlənilir.

Ronaldunun "Əl-Nəsr”də keçirdiyi hər mövsümə görə 200 milyon avro qazanacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə