Rusiya Futbol İttifaqı Asiya Futbol Konfederasiyasına keçə bilər

Rusiya Futbol İttifaqı Asiya Futbol Konfederasiyasına keçə bilər

Rusiya Futbol İttifaqı İcraiyyə Komitəsinin növbəti iclasında Asiya Futbol Konfederasiyasına keçid məsələsinə baxacaq. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Futbol İttifaqının rəhbəri Aleksandr Dyukov bildirib.

O, qərarın veriləcəyinə şübhə ilə yanaşsa da, vəziyyəti müzakirə etmək lazım olduğunu vurğulayıb.

Dyukov qeyd edib ki, UEFA Rusiya Futbol İttifaqını Avropa ailəsinin üzvü hesab edir. Rusiya tərəfi bütün proqramları həyata keçirir, UEFA layihələrin maliyyələşdirilməsində iştirak edir.

Dyukov daha sonra “baş üzərində danışıqlar aparmaq çirkin olardı” –deyə əlavə edib.

Xatırladaq ki, fevral ayında Avropa Futbol Assosiasiyaları İttifaqı və Beynəlxalq Futbol Federasiyası Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya klub və komandalarının beynəlxalq yarışlarda iştirakını dayandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə