Karpin dünyanın Rusiyanı "istədiyini" deyir

Karpin dünyanın Rusiyanı "istədiyini" deyir

Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Valeri Karpin yerli idmançıların beynəlxalq turnirlərdən uzaqlaşdırılmasından sonra əcnəbilərdən dəstək mesajları aldığını bildirib.

Qeyd edək ki, SİA-nın əldə etdiyi məlumata görə, onun elə rus saytları da sitat gətirir.

“İstənilən əcnəbi ilə ünsiyyətdə olanda - daha çox İspaniyada, jurnalistlərlə, keçmiş tərəfdaşlarla və qarşı oynadığınız şəxslərlə - şəxsi söhbətlərdə təbii ki, Rusiyanı dəstəkləyirlər”.

Bunu deyən, Karpin, guya əksər həmsöhbətlərinin ona idmanın siyasətdən kənarda olduğunu və bu səbəbdən də idmançıları kənarlaşdırmağın düzgün olmadığını dediklərini əlavə edib.

Yeri gəlmişkən, noyabrın 5-də Rusiya Futbol İttifaqı Karpinin müqaviləsini uzatmaq qərarına gəlib. 53 yaşlı mütəxəssis 2024-cü ilin avqustuna kimi millinin baş məşqçisi vəzifəsində qalacaq.

Qeyd edək ki, Rusiya millisi Beynəlxalq Futbol Federasiyasının sanksiyaları səbəbindən 2022-ci il dünya çempionatının finalına vəsiqə uğrunda mübarizə aparmaq şansını itirib.

Və sonda qaeyd edək ki, Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə