Zərdab rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində rayon rəsmiləri Vətən müharibəsinin şəhidləri Anar Məmmədzadənin və Fərid Rüstəmovun ailələrini ziyarət ediblər.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, aparatın məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəis əvəzi Ramin Əhmədov, idarə və müəssisə rəhbərləri şəhidlər Anar Məmmədzadənin və Fərid Rüstəmovun ailələrində olublar. Görüşdə şəhidlərin əziz xatirələri yad edilib, ruhlarına dualar oxunub.
Ziyarət çərçivəsində ailələrə rayon icra hakimiyyəti tərəfindən maddi yardım edilib.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB