Şəhid ailələri ilə görüş keçirilib

Şəhid ailələri ilə görüş keçirilib

"Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyi, Benilüks Azərbaycanlıları Konqresi və "Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı, "Shams Group" "Konar İnşaat", "İydə Parfumery", "ŞahSu" şirkətlərinin sosial tərəfdaşlığı ilə 44 günlük vətən müharibəsinin ildönümünə həsr edilmiş şəhid ailələri, Vətən Müharibəsi Əlilləri və veteranları ilə mənəvi dəstək yönümlü görüş keçirilib. SİA xəbər verir ki, görüşdə millət vəkilləri Elman Nəsirov, Razi Nurullayev, Vüqar İsgəndərov, Müşfiq Məmmədli, Aydın Mirzəzadə, Aydın Hüseynov "Dayaq" Təşkilatın sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov, Müasir İnternet Resurslarının İnkişafi İctimai Birliyinin sədri Zamin Zeynal, "Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Məhəmməd Məmmədov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri, KİV-lər iştirak edərək çıxış etdilər.

Çıxış edənlər "Erməni" qəsbkarlarının 1900-cı ilin əvvəllərində xüsusi qəddarlıqla işğal etdikləri Qarabağ torpaqlarımızın 27 sentyabr 2020-ci il tarixdə başlanılan əks hücüm əməliyatları nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi, fədakar Azərbaycan ordusunun rəşadəti ilə 44 gün davam edən vətən müharibəsi dövründə qəhrəman Vətən övladları işğalçı "Ermənistan" ordusunu süquta uğurradaraq xalqımızın 30 illik torpaq həstərinə son qoydular. Bu gün qürurla deyə bilərik ki, millətimizə bəxş edilən bu zəfərdə Vətən uğurunda qəhrəmancasına döyüşərək Şəhidlik mərtəbəsinə yüksəlmiş şəhidlərimizin adları ehtiramla anılmalı, əziz xatirələri qürurla yeni nəsilə təbliğ edilməlidir.

Tədbirdə "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev çıxış edərək qeyd etdi ki, xalqımza qəlbə zəfərini bəxş etmiş, düşmən istilasına son qoymuş, adları hərb tariximizə qızıl hərflərlə həkk edilmiş şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı, mənəvi dəstək olmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Bu gün keçirdiyimiz bu görüşdə bu diqqətin bir nümunəsidir.

Daha sonra Müasir İnternet Resurslarının İnkişafi İctimai Birliyinin sədri Zamin Zeynal çıxış edərək qeyd etdi ki, dövlət başçısı Cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin həssas təbəqəsinə göstərdiyi diqqət və qayığısı fonunda həyata keçirilən sosial siyasətə birgə həmrəylik əzmində vətəndaş cəmiyyəti dəstəyini göstəmək məqsədi ilə şəhid ailələri, qazilər, müharibə iştirakçıları ilə bir araya gələrək bu cür diqqət və mənəvi dəstək yönümündə birgə tədbir, gerçəkləşdiriblər. MİRİİB sədri onu da xüsusi olaraq vurğuladı ki, şəhid ailərinə, qazilərə dərin hörmət və münasibət hər bir Azərbaycan vətəndaşının soydaşlıq borcu olmalıdır.

Mənəvi dəstək görüşündə Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Məhəmməd Məmmədov çıxış edərək bildirdi ki, dövlət gənclər siyasəti fonunda gənclərin milli vətənpərvər ruhda böyüməsi, silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda Vətənimizin bütövlüyü naminə haqq savaşına qalxması, daima Ali Baş Komandanın əmrinə müsəllah əsgər kimi hər an hazır olması gənclərin ham ictimai-siyasi sahədə, həm də milli vətənpərvər əzimdə hazır olduğunun əyani təsdiqidir. Biz gənclər öz üzərimizdə hər zaman çalışmalı dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin gənclərlə bağlı siyasət kursunu əsas götürərək fədakarlıqla çalışmalı və Şəhid ailələri Qazilərin qəhrəmanlıq yolunu gənclərə ləyaqətlə təbliğ etməliyik.

Birlik rəsmiləri çıxışlarında bildirdilər ki, gələcəkdə də ölkəmizin həssas təbəqəsi ilə bağlı bu sayaq birgə ictimai, mənəvi dəstək mahiyyətli layihə, tədbir və görüşləri davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə