"Qaralar” kənd ərazi partiya təşkilatında tədbir olub - FOTOLAR
YAP İmişli rayon təşkilatının “Qaralar” kənd ərazi partiya təşkilatında “Biz fəxr edirik ki, azərbaycanlıyıq” adlı tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və əməkdaşlar, şəhid ailələri, qazilər, partiya fəalları, müxtəlif mətbuu orqanların nümayəndələri iştirak ediblər. SİA xəbər verir ki, tədbir Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev: "çıxışıma Ümumilli lider Heydər Əliyevin dillər əzbəri olmuş sözləri ilə başlamaq istəyirəm" ,-dedi ,-"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" Natiq bildirib ki, biz bu gün bütün dünyada alnı açıq və fəxarətliyik. Ali Baş Komandanımızın və qəhrəman ordumuzun sayəsində biz bu günlərdə tariximizin ən şanlı dövrünü yaşayırıq. Biz fəxr edirik ki, Azərbaycanlıyıq!
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi dönməz etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB