GRETA-nın işguzar görüşü keçirilib

GRETA-nın işguzar görüşü keçirilib

Bu gün “Holiday İNN” otelində İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvləri ilə Avropa Şurasının İnsan Alverinə Qarşı Fəaliyyət üzrə Ekspertlər Qrupunun (GRETA) işguzar görüşü keçirilib. 1 fevral 2008-ci ildə İnsan Alverinə Qarşı Mübarizə haqqında Avropa Şurasının Konvensiyası qüvvəyə minmişdir. Azərbaycan bu konvensiyanı ratifikasiya etmiş ölkələr arasında birincilərdəndir.

Konvensiyanın icrası ilə bağlı 2014, 2018–ci illərdə hesabatlar hazırlandıqdan sonra Azərbaycan İnsan Alverinə Qarşı Mübarizə ilə əlaqədar tövsiyələr verilib və Milli fəaliyyət proqramları hazırlanıb. 2022-ci ildə 3-cü qiymətləndirmə turu keçirilib. GRETA ekspertlər qrupu bu məqsədlə Qeyri Hökümət Təşkilatları ilə görüş keçirib.

Görüşdə Tematik diqqət insan alveri qrubanları üçün ədalət mühakiməsinə və effektiv müdafiə vasitələrinə çıxış yönəldilib.
Koalisiya üzvləri bu sahədə gördükləri təmamnasız işlərdən danışıblar. Görüş işgüzar səviyyədə keçib.

Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə haqqında Avropa Şurasının Konvensiyanın həyat keçirilməsinə cari ilin noyabr ayında qiymət veriləcək.

Konvensiyanın əsas dəyəri insan hüquqlarını və qurbanların müdafiəsini diqqət mərkəzində saxlamasıdır. Konvensiya insan alverinə insan alverini insan hüquqlarının, insan ləyaqətinin və toxunulmazlığının pozulması kimi müəyyən edir. Bu o deməkdir ki, milli hakimiyyət orqanları insan alveri hallarının səmərəli istintaqının təmin edilməsi yönündə tədbir görmədikləri halda məsuliyyət daşıyırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə