Dəb necə olmalıdır? - EKSPERT İZAH ETDİ

"İslam və hicab, o cümlədən geyim dəbi bir-birinə yad olan məsələlər deyil. Vaxtilə İslami geyim nümunələri dəbdə olub. O zamanlar dərzilər həm İslamın ilkin vaxtlarında, həm orta əsrlərdə, həm də 18-19-cu əsrlərdə əl işləri ilə nəinki toya və işə gedənlər, həmçinin hər hansı bir tələbə üçün paltar nümunələri tikirdilər". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, onlar həm də İslami dəyərlərlə, şəriətlə yaşayan xanımlar və bəylər üçün icazə verilən formada geyimlər tikiblər: "Bu geyimlər çox halda, indinin özündə də həm sarayda, həm tacirlər, həm dini inanclı insanların, həm də dərvişlər arasında dəb nümunəsi kimi olub".

Aydın Xan Əbilov sözlərinə belə davam edib: "Hicab və dəb məsələsi də müasir dövrdə istər İslam, istərsə də Avropa ölkələrində çox önəm verilən kreativ sənayenin bir hissəsi sayılır.

Artıq cəmiyyətin özündə də etirazlar var ki, mini yubka geyinən, dar paltar geyinən, bədəninin əzaları görsənən xanımlar başına bir hicab geyinməklə guya özlərini başqalarına inanclı adam kimi təqdim etmək istəyirlər. İnanc, inam müsəlman dünyasında tanrıya sığınmaq o daxili, ruhi-mənəvi bir hadisədir. Düzdür, İslam və şəriət qaydaları deyir ki, həm də etik davranış normalarının bir hissəsi olaraq geyim mədəniyyətində də bu mədəniyyətin forması olaraq qorunmalıdır və qadınlar və kişilər çalışmalıdır ki, məclislərdə olanda digərlərinin fikirlərinə özlərinə yönəltməsinlər. Təəssüflər olsun ki, bəzi qadınlar bunu anlamır.

Narkotika satan qadınlar arasından belə hicablılar çıxır. Vaxtilə Dubayda oyunlardan çıxmış qadınları günümüzdə hicablı görürük.

İstəməzdik ki, müqəddəs geyim sayılan hicab bu qədər ucuzlaşsın. Onlar etdiyi bu hərəkətlərin həm bu dünyada, həm də o dünyada günah olduğunu dərk etməlidirlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə