Üç min könüllü işlə təmin olunub - Ülvi Mehdiyev

Üç min könüllü işlə təmin olunub - Ülvi Mehdiyev

Bu gün “Sosial sahədə könüllülük” adlı forum keçirilib. SİA xəbər verir ki, forumda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Xidməti və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edib.

Bildirib ki, hazırda könüllülər könüllü olmayanlar üçün bir nümunədir: “ASAN xidmətdə könüllü olanlardan 3 mini işlə təmin olunub. Pandemiya dövründə könüllülərimizin fəaliyyəti daha çox olub. Eyni zamanda ASAN xidmətin “ASAN Kadr” xətti də var ki, bu könüllülərin işlə təmin olunması üçün yaradılıb. Bildirdiyim kimi bu xətt sayəsində 3000 min könüllü işlə təmin olunub. Onların 600-ü ASAN xidmətdə, digər hissəsi isə müxtəlif dövlət qurumlarında işlə təmin olunub”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə