Millət vəkili Göyçay rayonunda vətəndaş qəbulu keçirib - FOTOLAR

18 may 2022-ci il tarixində 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə növbəti səfərini edib.

Səfər çərçivəsində Göyçay rayon Mirzəhüseynli və Ərəbcəbirli kənd Ümumi Orta Məktəbləri, eyni zamanda Qarabağlar kənd Tam Orta Məktəbində İkinci Qarabağ – Vətən Müharibəsi zamanı şücaət göstərən igid övladlarımız, şəhidlərimiz haqqında M.Əfəndiyevin təşəbbüsü ilə hazırlanan sənədli film şagird və müəllim kollektivinə nümayiş olunub.

Sonra millət vəkili məktəblərdə pedaqoji və şagird kollektivi ilə görüşərək iştirakçılarla müxtəlif istiqamətləri əhatə edən mövzular ətrafında fikir mübadiləsi aparıb.

Təhsilin əhalinin maariflənməsində, xüsusilə gənclərimizin formalaşmasında rolunu vurğulayan deputat, pandemiya dövrünun keyfiyyətli təhsil almaq imkanlarını məhdudlaşdırdığını və təhsil səviyyəsinin inkişaf etdirilməsi üçün yeni çağırışların nəzərdən keçirilərək təhsildə yeni idarəçiliyin tətbiq edildiyini qeyd edib. Bu prosesdə pedoqoji heyətin səy və əzmkarlıq göstərməsinin vacibliyini qeyd edib.

Sonra M.Əfəndiyev məktəblərdə tədris prosesi və təhsil müəssisələrinin şəraiti ilə yaxından tanış odub, həmçinin pedaqoji kollektiv tərəfindən məktəblə bağlı səsləndirilən təklifləri müzakirə edib.

Daha sonra millət vəkili Göyçay rayon Qarabağlar kənd klubunda növbəti vətəndaş qəbulu keçirib.

Keçirilən qəbul zamanı Məzahir Əfəndiyev Şəhadət və Qarabağlar kənd ağsaqqalları, kənd zəhmətkeşləri, habelə müharibə iştirakçıları ilə görüşərək onları narahat edən məsələlərə dair müzakirələr aparıb. Qəbula gələn seçicilərin çoxsaylı müraciətləri dinlənilib, onları narahat edən müxtəlif problemlər deputat səlahiyyəti çərçivəsində diqqətə götürülüb.

Qeyd edək ki, qəbulda 40-a yaxın seçici dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə