Yalnız ilıq su içməklə qüsursuz dəri əldə edə bilərsiniz - DİQQƏT
Yalnız ilıq su içməklə qüsursuz dəri əldə edə bilərsiniz. Sağlam və qüsursuz bir dəriyə sahib olmaq üçün əlinizdən gələni etsəniz də, bəzən istədiyiniz nəticəni ala bilmirsiniz? SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, hər gün ilıq su içmək, əslində, bütün dəri problemlərinin qarşısını almağa kömək edə bilər.
Su istifadəsi təkcə bədən sağlamlığı üçün deyil, həm də dəri sağlamlığı üçün vacibdir. Hər bir insanın gündəlik su tələbatı çəkisi, yaşı və sağlamlığından asılı olaraq dəyişir. Beləliklə, hər gün ilıq su içməyin dəriyə faydaları bunlardır:
1- Dəri yaşlanmasının qarşısını alır
Heç kim dərinin qocalmasını və qırışların görünməsini istəməz. Xüsusilə, zamanla dəridə əmələ gələn tünd halqalar və incə xəttlər sizi narahat edə bilər. Gün ərzində ilıq su içmək dəri hüceyrələrini bərpa etməyə kömək edir və dəriniz daha hamar və dolğun görünür.
2-Dəriyə aydın görünüş verir
Hər gün ilıq su içmək əzələləri rahatlaşdırır və qan dövranını daha nizamlı edir. Daimi qan dövranı dəri hüceyrələrinin bərpasını təmin edir. Beləliklə, dəriniz qidalanır və daha gənc bir görünüş əldə edirsiniz. İlıq su içmək dəri hüceyrələrinizdəki oksigeni artıracaq və dəriniz canlanacaq. Həmişə parlaq və canlı dəriyə sahib olacaqsınız.
3- Dərini nəmləndirir
Dərinin nəmlik balansı həmişə qorunmalıdır ki, dərinin tez yaşlanmasın və dəri baryeri möhkəm olsun. Dəri üçün su təbii nəmləndiricidir. Sağlam və qüsursuz bir dəriyə sahib olmaq üçün gündə 8-10 stəkan su içmək lazımdır. Kifayət qədər su içməmək dərinizdə soyulma və qırışlara səbəb olur. Hər gün ilıq su içmək dərinin tonunu yaxşılaşdırır və həmişə gənc dəriyə sahib olmanızı təmin edir.
4- Dərinizi təmiz saxlayır
İlıq su istifadəsi bədən istiliyinin yüksəlməsinə səbəb olduğu üçün sizi tərlədir. Bu da toksinlərdən qurtulmanıza kömək edə bilər. Digər tərəfdən, həzm sisteminin işini asanlaşdıra bilər. Bədəninizi təmizləyir və dərinizin daha parlaq görünməsini təmin edir. İlıq su içdiyiniz zaman dəriniz daha parlaq və sağlam görünür.
5-Dəriyə qulluq məhsulları daha faydalı olur
İlıq su içmək maddələr mübadiləsinin çox sürətli işləməsinə kömək edir. Bu, dərinizə tətbiq etdiyiniz bütün krem və nəmləndiricilərdən daha çox faydalanmasına imkan verir. Bağırsaq problemləriniz olduqda, qidadan kifayət qədər vitamin və qida qəbul etmirsiniz. Bu, dərinizin sağlamlığına mənfi təsir göstərə bilər. Ancaq cəmi 1 stəkan ilıq su ilə bütün bu problemlərin öhdəsindən gələ bilərsiniz.
Günay İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB