“Qorxulu filmlər insan psixologiyasına mənfi təsir göstərir. Amma bəzi yaş dövrlərində uşaqların marağına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, çünki onların əhvalında müsbət dəyişiklik olur və bir müddət onlarda adrenalin olur: “Uşaqlar bu zaman hadisənin içində olur, müşahidə və müzakirələr edirlər. Zaman keçdikcə bunu artıq real həyatda görməyə başlayırlar və qorxuları yaranmağa başlayır. Əslində qorxulu filmlər aşağı yaşda olan uşaqları daha çox maraqlandırır. Amma adətən yeniyetməlik dövrü bitdikdən sonra qorxu filmlərə çox da meyilli olmurlar. Son dövrlər oyunlar içərisində də qorxu elementləri olduğuna görə artıq uşaqlara filmlər yox, oyunlar daha maraqlı görünür. Bu da təbii ki, onların qorxularının yaranmasına, təşviş, həyəcan pozuntusuna gətirib çıxarır. Sonra onları real həyatda görməyə, təsəvvür etməyə başlayırlar. Gələcəkdə əgər sağlam psixologiyaya sahib deyilsə, bu onlarda psixi problemlərə gətirib çıxara bilər”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB