Baş direktor Çağrı mərkəzinə daxil olan zəngləri cavablandırıb - FOTO

Baş direktor Çağrı mərkəzinə daxil olan zəngləri cavablandırıb - FOTO

“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev bayram günlərində gücləndirilmiş iş rejimində çalışan Birliyin “104” Operativ Xidmət şöbəsinin əməkdaşlarının iş şəraiti ilə yaxından tanış olub. İB-dən SİA-ya bildirilib ki, İlaxır çərşənbədə Birliyin Çağrı mərkəzinə daxil olan bəzi müraciətləri baş direktor özü cavablandırıb. Sonra Birlik rəhbəri özünü təqdim edərək abonentləri bayram münasibəti ilə təbrik edib.

Daha sonra baş direktor “104” Operativ Xidmət şöbəsinin əməkdaşlarını bayram münasibətilə təbrik edərək onlara məsuliyyətli işlərində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə