47 ton yararsız qida məhv edildi

Azəbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA ) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Belə ki, ötən gün stehlaka yararsız qida məhsulları məhv edilib.

SİA xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, “Sun Food” MMC-nin müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 47.77 ton müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə