Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir - RƏSMİ
Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir. SİA-nın məlumatına görə, bununla əlaqədar məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsi də bu siyahıya daxil edilir.
Dəyişikliklər müzakrələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB