Lənkəran UNESCO-nun siyahısına salındı

Lənkəran UNESCO-nun siyahısına salındı

Azərbaycanın Lənkəran şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi siyahısına daxil edilib.

Bu barədə təşkilatın saytında bildirilib. UNESCO-nun Baş direktoru Odre Azulenin qərarı ilə 49 şəhər Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulub.

Şəbəkə yaradıcılığa əsaslanan şəhərləri – musiqi, incəsənət və sənətkarlıq, dizayn, film, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiyanı özündə birləşdirir.

Xatırladaq ki, Bakı 2019-cu ildən “dizayn” üzrə, Şəki isə 2017-ci ildən “sənət və sənətkarlıq” üzrə Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə