“Horadiz” sərhəd dəstəsində hərbi qulluqçuların yolasalma mərasimi keçirilib - FOTOLAR

Bu gün Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsinin iştirakçısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində təntənəli tədbir keçirilib. SİA xəbər verilir ki, tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov çıxış edərək hər bir sərhədçinin Azərbaycan Respublikasının Prezidenti, milli dövlətçilik tariximizin ən böyük sərkərdəsi cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında müqəddəs savaşın qalib əsgəri olması, bütövləşmiş ölkəmizin dövlət sərhədlərində vüqarla dalğalanan üçrəngli bayrağımız altında şərəflə xidmət aparması ilə qürur duymasını vurğulayıb.

Dövlət Sərhəd Xidmətinin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan çavuş və əsgərlərin Vətən müharibəsində böyük qəhrəmanlıqla vuruşmaları, onların döyüş məharəti, vətənpərvərliyi və mübarizliyi nəticəsində Böyük Qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin xüsusi rolunun ən ali səviyyədə dəyərləndirilməsi qeyd olunmuş, dövləti maraqlarımızı layiqincə müdafiə edən övladlar yetişdirdiklərinə görə onların valideynlərinə minnətdarlıq bildirilib.

Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə canlarını fəda edərək xalqımıza qələbə sevincini yaşatmış şəhidlərimizin əbədi ehtiramla yad ediləcəyi, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün hər zaman örnək olacağı vurğulanıb.

Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərə-rək torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Res-publikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə medallar təqdim olunub.

Tədbirin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çəkil-miş və şəxsi heyət xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə