Uşaqlarda yuxusuzluğun səbəbləri BƏLLİ OLDU - PSİXOLOQ AÇIQLADI

“Uşaqlarda yuxu problemləri müxtəlif səbəblərdən ola bilər. Bura günlük yığılan stress, ailədaxili münaqişələr, uşaqla rəftar, valideynlərin münasibətləri ola bilər ki, bu da axşam uşaqlarda narahatçılıq yaradır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, bir tərəfdən də rejimsizlik uşaqlarda narahatçılıq yarada bilər: “Valideyn çox vaxt fikirləşir ki, “uşaq niyə yatmır?”. Ana gün ərzində, axşam yuxusuna yaxın vaxtlarda uşağı yatızdırır və uşaq artıq yuxusunu almış şəkildə oyanır və ikinci axşam yuxusunu ona görə gecikdirir”.

Psixoloqun sözlərinə görə, bağırsaq çöpləri, qurdlar da uşağın narahatlığına, sinir sisteminə təsir göstərə bilər: "Ona görə də yuxusuzluğun bilavasitə bir növ səbəbi yoxdur. Həm psixoloji, həm fizioloji səbəblər ola bilər. Ona görə də bunlar araşdırılmalıdır”.

“Dediyim kimi, lazım olsa, bağırsaqdan da analiz vermək lazımdır və uşağın günlük rejimi diqqətə alınmalıdır ki, “uşaq günlük rejimdə niyə yatmır?”. Yəni, “yuxusuzluğa səbəb nədir?”. Nəzərə alın ki, insanın yuxusuz qalması mümkün deyil. Mütləq hardasa yatır. Çox vaxt yaşlı adamlar deyir ki, yatmıram, amma onlar da gündüzlər yatır. Uşağın rejiminin pozulmağına, psixoloji faktorlar var ki, sinir sisteminin pozğunluğuna yuxusuzluq səbəb ola bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə