Yanğın zamanı nə etməli? - TƏLİM

Yanğın zamanı nə etməli? - TƏLİM

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin nümayəndələri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şimal regionunda fəaliyyət göstərən qurumlarının əməkdaşlarının birgə təlimi keçirilib.

Yanğın təhlükəsizliyi qaydalarına həsr olunan təlimdə iştirakçılara hadisə baş verən anda düzgün koordinasiyanın qurulması, qüvvə və texnikaların vaxtında əraziyə cəlb edilməsi, yanğınların başvermə səbəblərinin araşdırılması və birgə mübarizə üsullarının effektiv təşkili barədə təlimatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə