İnternetdəki müalicə və diaqnozlara inanmaq olarmı? - HƏKİM MARAQLI FAKTLARDAN DANIŞDI

İnternetdəki müalicə və diaqnozlara inanmaq olarmı? - HƏKİM MARAQLI FAKTLARDAN DANIŞDI

“İnternetdə özünə diaqnoz qoyan insanlar özlərini psixoloji cəhətdən qorxudurlar. Bu müasir insanların yeni xəstəliyi kiberxondriya adlanır”. Bu sözləri SİA-ya açıqlamasında həkim-pediatr Ülkər Quliyeva deyib.

Onun sözlərinə görə, bəzi səhiyyə işçiləri bu cür insanları diaqnoz fenomeni kimi adlandırırlar: “Belə insanlar özlərində müxtəlif simptomlar axtarışında olaraq vaxtının çox hissəsini internetdə keçirirlər. Onlar özləri üçün diaqnoz qoyurlar. Belə insanlar hər hansı bir xəstəlik haqqında heç bir məlumat toplamadıqda həyəcanları daha da artır. Araşdırmalara görə, bu təkcə depressiyaya meyilli olan insanlarda deyil, həmçinin sağlam insanlar da internet vasitəsilə özlərində qeyri-mövcud olan xəstəlikləri axtarmağa başlayırlar və diaqnoz qoyurlar”.

Həkim-pediatr həmçinin qeyd edib ki, kiberxondriya öz-özünə diaqnoz qoyan insanlar patologiyanın simptomlarını internet vasitəsilə oxuyur, onların təsiri altına düşür və bu xəstəliklərdən birinə sahib olduqlarını düşünürlər. Həmin insanlar internetdə oxuduqlarına əsasən özlərini müalicə edirlər. Bu da ciddi nəticələrə səbəb ola bilər. Çünki hər bir diaqnoz bir həkim tərəfindən təyin olunmalıdır. Düzdür, internet yaxşı məlumat mənbəyi olsa da, hər şey üçün istifadə etmək düzgün deyil”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə