Sizə bir sevgi hekayəsinin başlamasından danışım, lakin bu sevgi əbədiyyətdə bitir. Belə bir deyim var ki, qovuşacaqsansa eşq olar, qovuşmasan sevda...
Bu sevgi hekayesində qovuşmaq da var, ayrılmaq da...
Sizə əbədiyyətə qovuşan iki gənc İlham və Fərizədən danışmaq istəyirəm. Onlar sevgilərini əbədi həyatda yaşaycaq. Bir qanlı yanvar gecəsi onları ailələrindən sevdiyi insanlardan alıb apardı sonsuzluğa.
Hər sevgi hekayəsi xoşbəxtliklə bitmir. İlham Fərizəni məktəb vaxtlarından sevmiş, sevgini içində böyütmüş və gənc vaxtına qədər içində qoruyub saxlamışdır. Bir gün (1989) İlhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlir. İlham ailəsinin təklif etdiyi qızların heç birinə razı olmayıb, onun bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkir. Bu məsələ bir müddət evdə müzakirəyə səbəb olur. Lakin İlham qətiyyətlə Fərizə ilə ailə qurmaq istədiyini ailəsinə bildirir. Bunun bəhrəsidir ki, 1989-cu il martın 19-da evilik üçün ilk addımı atırlar və ailə arasında nişan olur. 1989-cu ildə 30 iyun tarixində evlilik təməli qoyulur.
O qanlı gecə nə baş verdi?
1990-cı ilin Yanvarın 19-u İlham Fərizəni yaşadıqları evdən götürüb, anasının yanına aparır. İlham bəlkə də başına gələcəklərdən xəbərdar olmasa da içindəki hiss sona yaxınlaşdığını deyirdi. Hər şeydən əvvəl Fərizəni düşünürdü. Onu anasının yanına qoymasının səbəbi isə təhlükəsizliyindən əmin olsun. Nə bilsin ki, Fərizə özünü sevgisinə qurban verəcək. Qardaşı Elxanla birgə “Şamaxınka” deyilən ərazidə görüşürlər. 20 yanvar dairəsinə çatanda tanklar onları qarşılayır. İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısına çıxır. İlham Sovet ordusunun gülləsinə tuş gəlir. Xəstəxanaya aparılsa da çoxlu qan itirdiyinə görə artıq həyata gözlərini yummuşdu.
Səhər tezdən qardaşı Elxan anası ilə birlikdə yenə İlhamı axtarmağa çıxırlar. O, daha sonra gecəni bu sözlərlə xatırlayır:
Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki "20 Yanvar" dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəccüblə dedi ki, bu nə doğma qandır… Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş…
İlhamın vurulduğu an Fərizənin qəlbinə daş kimi ağırlıq çökür. Fərizənin tale səhifəsi artıq qaralamalardan ibarət idi. Fərizə yaşamaq üçün məna tapmayıb deyirdi: "Hey, İlham, sənə özümü çatdıracağam".
O, birinci dəfə özünü yandırmaq istəsə də, onun qarşısını aldılar. Fərizə toy şəkillərini stolun üstünə tökür, onlara baxıb, yarımçıq məktub yazmışdı:
Ana, mənim üçün ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da…
Fərizə, gecə hər kəs yatandan sonra, bir qab sirkəni içirək, intihar edir. İntihar zamanı o hamilə idi. Onun bətnində 2 aylıq körpəsi vardı.
Bu sevgi romanı heç kim tərəfindən unudulmadı. Sevgisinə sadiq, vətənpərvər gənclərin hekayəsi dillər əzbəri oldu. Onların toy günü Azərbaycanda qeyri-formal olaraq sevgillər günü kimi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB