Xərçəngdən qoruyan antioksidantlar hansı qidalarda var? - SİYAHI

Bu gün super qidaların sayı pik həddədir və onlar əksər pəhrizlərin vacib hissəsidir. Bunun səbəbi çox miqdarda qida dəyəri və yüksək səviyyədə antioksidant ehtiva etməsidir. Bəs antioksidantlar nədir və bədən üçün niyə bu qədər vacibdir? SİA Pravda qəzetinə istinadən izahı və siyahını təqdim edir.

Antioksidantlar nədir?

Antioksidantlar digər molekulların oksidləşməsini maneə törədən bir molekul sinifidir. AFK-ni neytrallaşdıraraq antioksidantlar oksidləşdirici zərərin təsirlərini ləngidə bilər və ya hətta tərsinə çevirə bilər. Bədən təbii olaraq glutation, koenzim Q, sidik turşusu, bilirubin, melatonin və alfa lipoik turşusu daxil olmaqla bir neçə antioksidan istehsal edir. Digər antioksidantlar qida mənbələrində olur. Daha çox antioksidatnla zəngin qidalar istehlak etmək bədənin antioksidant aktivliyini artıra bilər və bəzi xəstəliklər riskini azalda bilər.

Sağlamlığa faydalı olan antioksidant növləri

Resveratrol, qırmızı üzümün dərilərində yüksək konsentrasiyada olan bir fitokimyəvi və ya bitki kimyəvi maddəsidir. Resveratrol, lipid metabolizmasını təşviq edərək, "pis" LDL xolesterol səviyyəsini azaldaraq trombositlərin laxtalanma halına gəlməsinin qarşısını alaraq ürək-damar sağlamlığına kömək edir. Bundan əlavə, resveratrol xərçəng əleyhinə xüsusiyyətlərə malikdir və hüceyrələrdə iltihabı azaldır.

Sulforafan - Brüssel kələmi, brokkoli və kələm kimi tərəvəzlərdə sulforafan çoxdur. Sülforafan birbaşa bağırsaq xərçəngi riskini azaldan güclü antioksidant təsirlərə malikdir.

Pomidorların tərkibindəki Likopin ümumi ürək-damar sağlamlığını yaxşılaşdıran və mədə-bağırsaq və prostat xərçəngi riskini azaldan antioksidant xüsusiyyətlərə malikdir.

Karotenoidlər yerkökü və ərikdə olan piqmentli molekullar sinifidir. Bir növ karotenoid olan lutein göz sağlamlığını artırır.

Vitamin C. Antioksidant vitaminlərdən biridir və itburnu, bolqar bibəri, brokoli və sitrus meyvələrində çox miqdarda olur. C vitamini böyrəküstü vəzlərin işinə, immunitet sisteminin sağlamlığına və zədələnmiş toxumaların bərpasına kömək edir.

E Vitamini - Badam, qoz və fındıq kimi çərəzlər E vitamininin əla mənbəyidir. Bu vitamin buğda toxumu və günəbaxan yağında da mövcuddur. E vitamini yüksək olan bir pəhriz ürək-damar xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır.

Antioksidant qəbulu üçün doza və təhlükəsiz limitlər

Alimlər müvafiq dozaları təyin etmək üçün antioksidantların xüsusiyyətlərini fəal şəkildə araşdırırlar. Yüksək dozada əlavə antioksidantlar riskə səbəb ola bilər, buna görə də antioksidantları qidadan normal pəhrizinizin bir hissəsi kimi almaq yaxşıdır.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə