Polis əməkdaşları 50-yə yaxın şəhid ailəsini ziyarət ediblər FOTOLAR
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailələrini ziyarət ediblər. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları Novruz bayramı ərəfəsində 50-yə yaxın şəhid ailəsində olub, şəhid valideynlərinə vətənpərvər övladlar böyütdüklərinə görə minnətdarlıqlarını bildiriblər. Şanlı Qələbəmizin igid oğullarımızın adı ilə bağlı olduğunu qeyd edən polis əməkdaşları ailələrin problemləri ilə maraqlanıb, bayram münasibətilə gətirdikləri sovqatları onlara təqdim ediblər.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB