Ərazilərin bərpası Qarabağı regionun ən müasir bölgəsinə çevirəcək

Vətənimizin hər bir qarış torpağı bizim üçün əzizdir. Qarabağ...Havası, suyu, təbiəti və gözəlliyi ilə hər kəsin zövqünü oxşayan, mənəvi olaraq bizi yaşadan məkan. Əsrlər boyu bu torpağın havasını, suyunu, bu torpağın gözəlliyini yazarlar öz əsərlərində tərənnüm ediblər. Qarabağa ilk dəfə ayaq basan hər bir kəs bu yeri Yer üzündəki Cənnət adlandırıb. Havasının, suyunun, zəngin, təkrarolunmaz flora və faunasının qeyri-adiliyindən, bu məmləkətin füsunkar gözəlliyindən ilhamlanaraq dahilər yetişdirib bu torpaq. Azərbaycan musiqisinin beşiyi, muğamımızın mərkəzi sayılıb Qarabağımız. Dünyanın ən gözəl yerlərindən biri...Hər bitkisi min dərdə dəva, hər bulağının suyu bir möcüzədir. Onun gözəlliyi hamını heyran edir. Qarabağ igid, qəhrəman cəsur oğul və qızları ilə fərqlənən bir yerdir. Bu bölgə sənətkarların yaratdıqların sənət nümunələrinə görə çox məşhurdur. Qarabağ kəlağayısı Qarabağ və Azərbaycan xanlıqlarının milli simvoludur.Buna görə mənfur qonşularımız ermənilər əsrlər boyu bu yurda göz dikib.

90-cı illərin əvvəllərində Azərbaycanda yaranan hakimiyyət böhranından istifadə edərək Ermənistan öz havadarlarının köməyi ilə ilə Qarabağımızı işğal etdi. 30 il müddətində Xarı Bülbülümüzün üzünə həsrət qaldıq. Lakin bircə gün də bu torpaqlara qayığıcağımızla bağlı ümidimizi itirmədik. Azərbaycan tarix boyu yadellilərin işğalına məruz qalsa da, hər zaman bu elin igid oğulları yağı düşmənə Vətən torpağından bir qarış da pay verməyib. 27 illik atəşkəs rejimi dövründə torpaqlarımızın sülh yolu ilə işğaldan azad edilməsinə cəhd göstərən Azərbaycan Prezidenti hərb yolu ilə ərazilərimizin işğalına son qoyulacağı variantını daim vurğulayırdı. Keçən ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəsi dövründə Azərbaycan əsgəri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazaraq Qarabağımızı və ətraf rayonlarımızı işğaldan azad etdi. Torpaqlarımızın işğaldan azad edilməsi bizə hədsiz sevinc bəxş etdisə, gördüyümüz mənzərə ürək ağısı gətirdi. Qarabağımızın hüsunkar təbiəti vəhşicəsinə talan edilmiş, mədəni, tarixi abidələrimiz dağdılmışdır.

Torpaqlarımız azad edilməsi qarşıya digər məsələlərin həllini zəruri etdi. Abadlıq-quruculuq işlərinə start verməklə bölgənin imicini özünə qaytarmaq. İlk növbədə isə infrastruktur layihələr və yolların çəkilişi ön plana çəkildi. Yol mədəniyyətdir... Yol insanların o bölgəyə səfər etməsi üçün yaradılan şəraitdir. Azərbaycanın “Mədəniyyət paytaxtı” elan edilən Şuşa şəhərinə çəkilən yollardan birinin “Qələbə” yolu adlandırılması isə Zəfər Qələbəmizin əldə olunmasında Şuşanın işğaldan azad olunmasının xüsusi rolunun olduğu kimi dəyərləndirmək lazımdır. Məhz Şuşanın azad edildiyi gün Zəfər Qələbəmizin tarixi kimi müəyyənləşmişdir.Ümumilikdə abadlıq-quruculuq işləri düşünülmüş, planlı şəkildə aparılması üçün layihələrə beynəlxalq təcrübəsi olan şirkətlərin cəlb olunmuşdur. Görülən işlər zamanı ərazinin coğrafi mövqeyinə uyğun olmalı, tarixi və mədəni irsimiz qorunmalıdır. Böyük zaman tələb bu işlərin keyfiyyətli icrası üçün bütün güclər səfərbər olunmuşdur. Bölgənin abadlaşdırılması, quruculuq işlərinin həcmi ölkəmizin iqtisadi gücünü bir daha nümayiş etdirəcək. Görülən işlərin olduqca böyük ərazilər əhatə etməsi layihələrdə hər bir kəsin iştirakına imkanlar açır. Əhəmiyyətli bir faktı vurğulamaq lazımdır ki, yeni infrastruktur layihələr sayəsində Avrasiyaya yeni nəqliyyat damarının açılması Azərbaycanın tranzit ölkə kimi nüfuzunu qaldıracaq. Böyük maliyyə tələb edən irimiqyaslı layihələrdə içştirak etmək istəyən ölkələrin və şirkətlərin sayının çoxluğu Azərbaycana olan etimadın, etibarın nəticəsidir. Azərbaycan hər bir zaman beynəlxalq layihələrin icrasında özünü etibarlı tərəfdaş kimi tanıtmışdır.

Görüləcək işlərdən danışarkən Qarabağ bölgəsinin iqtisadi potensialını xüsusi qeyd etmək lazımdır. Münbit torpaqlara malik ərazilərdə kənd təsərrüfatının – maldarlığın, əkinçiliyin inkişafı üçün əlverişli şərait var. Görüləcək işlərin sürətinin artırılması və şəraitin yaxşılaşdırılması üçün beynəlxalq miqyaslı bir neçə aeroportun tikilməsi ilkin icra olunacaq layihələrdəndir.

Layihələrin işğaldan azad olunmuş bütün əraziləri əhatə etməsi Azərbaycan dövlətinin ölkəmizin hər bir qarışına eyni münasibət bildirməsi kimi qiymətləndirilməlidir. Hər bir rayonun coğrafi mövqeyinə uyğun işlərin görülməsi nəzərdə tutulmuşdur. İlkin olaraq layihələrin icrası üçüntəyin olunan investisiyalara uyğun artıq bir çox beynlxalq şirkətlərlə müqavilələrin bağlanması bölgəyə və bu bölgədə görüləcək işlərə olan marağın böyüklüyündən irəli gəlir. Beynəlxalq təcrübədən istifadə edilərək bölgədə ilk dəfə olaraq eksperimental layihələrin icrası həyata keçiriləcək. “Yaşıl enrji” zonası, “ağıllı kənd” pilot layihəsi bu layihələr sırasındadır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi “Qarabağ dünyanın Cənnət məkanına çevriləcək”. Görüləcək işlərin artıq Baş Planının hazırlanması və bir sıra infrastrur layihələrin icrasına baş.lanması artıq arzularımız tezliklə reaallaşdırılacağından xəbər verir. Görülən işlər zamanı müasir texnologiyalardan istifadə olunması görüləcək işlərin, həyata keçiriləcək layihələrin həcminin və keyfiyyətinin yüksək olacağını sübut edir.

Loğman Müslümov

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin

müavini (dini qurumlarla işin təşkilatçısı)

Bütün xəbərlər Facebook səhifəmizdə