YAP Qusar rayon təşkilatı şəhid ailələrini və qaziləri ziyarət edib

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı şəhid ailələrini və müharibədə yaralanmış hərbi qulluqçuların ziyarət olunması tədbirlərini davam etdirir. Növbəti belə tədbir rayonun Köhnə Xudat, Gündüzqala və İmamqulukənd kəndlərində baş tutub.

Vətən müharibəsində qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış və həmin gün 21 yaşı tamam olan Salmanov Razik Telman oğlunun məzarı önündə çıxış edən atası Telman Salmanov oğlunun döyüşlərdə göstərdiyi igidliklərdən söhbət açıb, vətənimizin müdafiəsində canından keçmiş oğlu ilə fəxr etdiyini bildirib.

Vətən müharibəsində üç oğlunun iştirak etdiyini, kiçik oğlu Razikin isə şəhid olduğunu qeyd edib.

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov şəhid ailələrinə göstərilən dövlət qayğısından, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən layihələrdən danışıb.

Təşkilat belə aksiyaları mütəmadi olaraq davam etdirəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə