Ermənistan silahlı qüvvələri sakinləri, yaşayış evlərini hədəf almaqda davam edir

Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində dinc sakinləri, yaşayış evlərini hədəf almaqda davam edir.

SİA APA-ya istinadən xəbər verir ki, düşmənin atdığı mərmilərdən biri Ağdam rayonunun Evoğlu kənd sakini Coşqun Paşayevin yaşadığı evə düşüb. Nəticədə C.Paşayev həyatını itirib.

Məcburi köçkünlərin məskunlaşdığı Baharlı qəsəbəsində İlhamə Bağırovanın evi də top atəşinə məruz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...