Məktəblər açılır, valideynlər isə narahatdır: uşaqları nə gözləyir? – Araşdırma - VİDEO
Yeni tədris ilinin başlamasına artıq bir həftə qalıb. Valideynlər isə uşaqları məktəbə göndərib göndərməkdə tərəddüd edir. Bir tərəfdən virus həyəcan təbili çalır, digər tərəfdən isə uşaqlar məktəbə getməsə dərslərdən geri qalacaqlar. Təhsil Nazirliyi isə son qərarı valideynlərin ixtiyarına buraxır.
Həkim həkim-infeksionist Namiq Nəbiyev deyir ki, 10 yaşına kimi uşaqlar virusa yoluxsa belə xəstəliyi yüngül formada keçirir. Məktəbdə gigiyenik qaydalar daim nəzarətdə saxlanılmalıdır və deyilən bütün şərtlərə əməl etməklə şagirdlər təhsilə davam edə bilərlər.
Bundan başqa sinif otaqları mütəmadi olaraq dezinfeksiya edilməli və şagirdlər sinfə daxil olarkən əllərini dezinfeksiya etməli, sinfin havası mütəmadi olaraq dəyişdirilməlidir.
Təhsil Nazirliyindən verilən məlumata görə artıq bütün məktəblərə qaydalara əməl edilməsi ilə bağlı tapşırıq verilib və məktəblərə nəzarət gücləndiriləcək.
Valideynləri maraqlandıran növbəti sual isə metronun fəaliyyətinin bərpa edilib-edilməməsidir. Bakı metropolitenindən verilən məlumata görə, metroların fəaliyyəti yenidən bərpa olunacaq.
Kəmalə Təyyarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB