Koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda yanlışlıq olub Agentlik
25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olmuşdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edirik ki, testin nəticəsini nəzərə almasınlar.
Bildirilir ki, 27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək:
"Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB