Milli Mətbuat Günü münasibətilə İsmayıllıda onlayn tədbir keçirilib
22 iyul - Milli Mətbuat Günü münasibətilə İsmayıllıda onlayn tədbir keçirilib. Bir qrup jurnalistin, ziyalının, veteranın və gəncin iştirak etdiyi görüşdə Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova giriş nitqi ilə çıxış edərək “Əkinçi” ilə dünyamıza gələn milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb. Jurnalistlərə göstərilən diqqət və qayğı, eləcə də onların sosial şəraiti ilə bağlı dövlət səviyyəsində görülən işləri xatırladan Sevil xanım, həmçinin iyunun 30-da cənab Prezident tərəfindən imzalanan sərəncamın tarixi əhəmiyyətini qeyd edib.
Nitqinin sonunda yubileyin keçirilməsində karantin rejiminin tələblərinə ciddi riayət olunması məsələsinin də sözügedən sərəncamda xüsusi vurğulandığını, eləcə də İsmayıllı rayonunda tədbirlə əlaqədar təşkili nəzərdə tutulan yığıncaqlarda bu nüansın diqqətə alınmasının vacibliyi haqqında da fikirlərini iştirakçılara bildirib.
Sonra çıxış edən veteran jurnalistlər, təhsil, səhiyyə işçiləri və ictimaiyyətin nümayəndələri rayonda görülən işlərin, o cümlədən ölkə başçısının fərman və sərəncamlarının icrası ilə əlaqədar Rayon İcra Hakimiyyətinin, eləcə də aidiyyəti strukturlar tərəfindən yerinə yetirilən tapşırıqların kütləvi informasiya vasitələrində işıqladırılmasının vəziyyəti, həmçinin qələm ustalarının uğurlu fəaliyyətinin nəticəri haqqında fikirlərini bildiriblər.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB